Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 6 kiloqram tiryək aşkarlanıb
Hadisə
- 16 sentyabr, 2025
- 09:47

Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb.
Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb.
Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik vasitələri maddi qazanc müqabilində paytaxt ərazisinə gətirərək deyiləcək ünvanlara yerləşdirməyə razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, E.Nağıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Son xəbərlər
11:54
Məleykə Abbaszadə: İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir
Elm və təhsil11:53
Azərbaycanda iqtisadi artım növbəti 4 ildə orta hesabla 3,5 % təşkil edəcək
Maliyyə11:51
Azərbaycan XİN Hondurası Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:49
Naxçıvanda mənşə sertifikatlarının verilməsi 21 %-ə yaxın artıb
Biznes11:49
Bu il qeyri-formal və informal təhsilin tanınması ilə bağlı TKTA-ya 226 müraciət daxil olub
Elm və təhsil11:47
Naxçıvanda 8 ayda sahibkarlara 69 lisenziya verilib
Biznes11:46
Xetaq Qayzumov: "Bəzi güləşçilər mundialda müxtəlif səbəblərdən medal qazana bilmədilər"
Fərdi11:40
Azərbaycan XİN Meksikanı Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət11:38