Bərdədə polis qaçaqmalçılıqla ölkəyə gətirilən 10 kq narkotik aşkarlayıb
Hadisə
- 02 sentyabr, 2025
- 08:42
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçirib.
Bu barədə "Report" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Tədbir zamanı əvvəllər məhkum olunmuşlar - İlkin İsmayılov, Elgin Rzayev və Elvin Quliyev şübhəli bilinərək saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana və 4 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər öncədən əlbir olaraq İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotikləri gətirərək satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Son xəbərlər
03:22
Vuçiç: Serbiyada ehtiyatlardan on minlərlə ton neft çıxarılacaq
Digər ölkələr02:48
Tramp Almaniyadakı ABŞ hərbi kontingentini azaltmağı düşünür
Digər ölkələr02:05
Serbiyada Ərdoğanın planlaşdırılan səfəri ilə bağlı komitə yaradılıb
Digər ölkələr01:36
Adanada leysan yağışları daşqına səbəb olub, ölən var
Region01:07
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Digər ölkələr00:58
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
Futbol00:42
Pentaqon Yaxın Şərqdəki "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisini geri çağırır
Digər ölkələr00:11
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
Energetika00:05