Bakı şəhər Prokurorluğunun əməkdaşı həbs edilib
Hadisə
- 10 oktyabr, 2018
- 12:21
Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov barəsində cinayət işi başlanıb.
"Report"un əldə etdiyi məlumata görə, o, dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinir.
Belə ki, E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Hazırda həmin iş məhkəmə baxışındadır.
Son xəbərlər
02:10
Hörmüz boğazı ərazisində iki neft tankeri minalara düşərək partlayıb
Region02:05
İran şəhərlərində partlayışlar baş verib, SEPAH isə ABŞ-nin "MQ-9" PUA-sını məhv edib
Region01:36
İraq və Suriya Hədisa-Baniyas neft kəmərinin bərpası ilə bağlı saziş imzalayıb
Energetika01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33