Bakı Hərbi Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 04 noyabr, 2025
  • 15:30
Bakı Hərbi Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən Şöhrət Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər veri ki, Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası 14 noyabra təyin olunub.

Qeyd edək ki, Şöhrət Məmmədov bu ilin mart ayında DTX əməliyyatçıları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.

Şöhrət Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Ş.Məmmədova qarşı irəli sürülmüş ittiham sübuta yetirilərsə, onu 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti