Ağdamda çayın daşması nəticəsində köməksiz vəziyyətdə qalan çobanlar xilas edilib
Hadisə
- 21 may, 2019
- 12:53
Ağdam rayonunda Qarqarçay çayında daşqın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb.
Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.
Son xəbərlər
01:07
DÇ-2026: Belçika - Seneqal oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
Futbol00:55
Serbiya əhalisi 430 mindən çox azalıb
Digər ölkələr00:35
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Futbol00:26
İranla ABŞ arasında operativ əlaqə kanalı yaradılır
Region00:20
Konqonun baş məşqçisi Sebastyen Desabr: "İngiltərə ilə matçda uğur qazanacağımıza inanırdıq"
Futbol00:12
Tomas Tuxel: "Qələbə qazanmağa layiq olduğumuz matçda çox əziyyət çəkdik"
Futbol00:03
Fransa parlamenti hərbi büdcənin 2030-cu ilə qədər artırılmasını təsdiqləyib
Digər ölkələr23:52
Suriya Hörmüz boğazına paralel dəniz yolu şəbəkəsi təklif edir
Digər ölkələr23:33
Video