UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyib

Futbol
  • 15 oktyabr, 2025
  • 16:41
UEFA Qazaxıstan Futbol Federasiyasını cərimələyib

UEFA Qazaxıstan Futbol Federasiyasını 8750 avro cərimələyib.

"Report" xəbər verir ki, buna 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - İngiltərə oyununda yaşananlar səbəb olub.

Sentyabrın 8-də gerçəkləşən qarşılaşmada meydana azarkeşlərin daxil olmasına görə quruma 1250 avro cərimə tətbiq edilib. Federasiya görüşün gec başlaması ucbatından isə 7500 avro ödəməli olacaq.

Qeyd edək ki, qarşılaşma İngiltərənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti