UEFA Çempionlar Liqası: "Qarabağ" bir nominasiyada ikinci pillədə qərarlaşıb

Futbol
  • 23 oktyabr, 2025
  • 09:28
UEFA Çempionlar Liqası: Qarabağ bir nominasiyada ikinci pillədə qərarlaşıb

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın "Yunion" (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi "Atletik" (146) isə üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" ötən gün səfərdə "Atletik"ə uduzub - 1:3. Komanda daha əvvəl Portuqaliyada "Benfika"ya (3:2), Bakıda isə Danimarkanın "Kopenhagen" kollektivinə (2:0) qalib gəlib.

Son xəbərlər

Bütün Xəbər Lenti