Azərbaycan güləşçisi: "Ermənistanlı idmançıya qalib gələrək bürünc medal qazanmağım sevindirici haldır"

Fərdi
  • 23 oktyabr, 2025
  • 13:14
Azərbaycan güləşçisi: Ermənistanlı idmançıya qalib gələrək bürünc medal qazanmağım sevindirici haldır

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında ermənistanlı rəqibinə qalib gələrək bürünc medal qazanmasını sevindirici hal hesab edir.

İdmançı bu barədə "Report"a açıqlama verib.

O, öncədən əsas hədəfinin çempionluq olduğunu vurğulayıb:

"Yarış yüksək səviyyədə idi. Mundialdan öncə çox ciddi hazırlıq keçdik. Turnirə son Avropa çempionu olaraq yollanmışdım. Məqsədim qızıl medal qazanmaq idi. Lakin xırda bir nüans məni çempionluqdan etdi. Düşünürəm ki, həmin səhvləri təkrarlamamaqla növbəti yarışlarda çempion ola bilərəm. Ermənistanlı idmançıya qalib gələrək bürünc medal qazanmağım sevindirici haldır. Lakin mən bütün rəqiblərimə eyni gözlə baxıram".

Qeyd edək ki, Azərbaycan güləşçisi üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medala yiyələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti