UEFA Azərbaycanda oynamış məşhur futbolçunu seçdi
- 15 yanvar, 2021
- 11:03

UEFA rəsmi tvitter səhifəsində səsverməyə başlayıb.
"Report"un məlumatına görə, sorğuda Çempionlar Liqasında (ÇL) oynamış Afrikanın 4 əfsanəvi futbolçusu yer alıb.
Onların arasında "Səbail"in sabiq futbolçusu Maykl Essyen də var.
Hazırda Danimarkanın "Norşellan" klubunda işləyən 39 yaşlı mütəxəssis Afrikanın ÇL-də oynamış ən yaxşı oyunçusu nominasiyasında Samuel Eto O, Didye Droqba, Nvankvo Kanu ilə mübarizə aparır.
Qeyd edək ki, Maykl Essyen 2011/2012 mövsümündə İngiltərənin "Çelsi" klubu ilə Çempionlar Liqasının qalibi olub. Qanalı keçmiş yarımmüdafiəçi 2007/2008 mövsümündə eyni komanda ilə gümüş medal əldə edib.
Африканские легенды #ЛигаЧемпионов!
— УЕФА (@UEFAcom_ru) January 15, 2021
Кто твой фаворит?
Самюэль Это'о
Майкл Эссьен
Дидье Дрогба
Нванкво Кану pic.twitter.com/D33UcsR5aA