Gürcüstan XİN: Aİ ölkəmizlə münasibətlərdə özünü dalana salıb

Region
  • 14 noyabr, 2025
  • 01:58
Gürcüstan XİN: Aİ ölkəmizlə münasibətlərdə özünü dalana salıb

Avropa İttifaqı (Aİ) Gürcüstan hakimiyyəti ilə əlaqələrini kəsməklə respublikayla münasibətlərdə özünü dalana salıb.

"Report"un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin "İmedi" telekanalına müsahibəsində bildirib.

"Brüssel öz qərarları ilə özünü dalana saldı, orada dedilər ki, ölkə ilə danışıqlar, bütün münasibətlər parlamentin ölkənin və cəmiyyətin maraqlarına əsaslanaraq qanunlar qəbul etməsi səbəbindən dayandırıldı. Əlbəttə, bunu geri qaytarmaq asan deyil. Parlament qanun qəbul etdikdə və siz onun ləğvini istəyəndə bu, demokratik ölkələrdə baş vermir", - Boçorişvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze dəfələrlə Aİ rəhbərliyini danışıqlara dəvət edib, lakin onlar bundan imtina ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti