"Sumqayıt"ın məşqçisi: "Sabah" buraxdığımız bütün səhvlərdə bizi cəzalandırmağı bacardı"

Futbol
  • 22 dekabr, 2025
  • 23:04
Sumqayıtın məşqçisi: Sabah buraxdığımız bütün səhvlərdə bizi cəzalandırmağı bacardı

"Sabah" komandası "Sumqayıt"ı buraxdığı bütün səhvlər zamanı cəzalandırmağı bacarıb.

"Report"un məlumatına görə, bunu "gənclik şəhəri" təmsilçisinin məşqçisi Veliçko Kaplanoviç mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XVI turunda "Sabah"a 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb:

"Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün onlar qələbəyə layiq idilər. Bütün buraxdığımız səhvlər zamanı bizi cəzalandırmağı bacardılar. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə komandalara qarşı bir hissə yox, bütün matç boyu mükəmməl şəkildə oynamaq lazımdır".

Son xəbərlər

Bütün Xəbər Lenti