Azərbaycanla Türkiyə arasında gələn il yanvarın 1-dən yeni ixrac prosedurunun tətbiqi nəzərdə tutulur

Biznes
  • 23 dekabr, 2025
  • 14:28
Azərbaycanla Türkiyə arasında gələn il yanvarın 1-dən yeni ixrac prosedurunun tətbiqi nəzərdə tutulur

Azərbaycanla Türkiyə arasında 2026-cı il yanvarın 1-dən etibarən yeni ixrac proseduru və tələblərinin tətbiqi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Əziz Şərifov Bakıda keçirilən II Türkiyə–Azərbaycan İnvestisiya Forumu çərçivəsində "Aqrar tərəfdaşlıq dayanıqlı inkişaf və qida təhlükəsizliyi" adlı paneldə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan Türkiyəyə heyvan dərisi istisna olmaqla bir sıra heyvan mənşəli məhsulların və quşçuluq məhsullarının ixracında əlavə prosedurlar mövcuddur:

"Bu prosedurların aradan qaldırılması və ixracın asanlaşdırılması məqsədilə tərəflər arasında danışıqlar davam etdirilir. Türkiyə tərəfinin rəsmi müraciətinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən yeni prosedur və tələblərin tətbiqi nəzərdə tutulur. Bu isə qarşılıqlı ekvivalentliyin tanınması və müvafiq ixrac icazələrinin verilməsi üçün əməli tədbirlərin görülməsini zəruri edir".

Ə.Şərifov bildirib ki, əsas məqsəd hər iki ölkənin sahibkarlarının beynəlxalq təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verən məhsullar üzrə ixrac prosedurlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində sadələşdirilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti