"QazaqGaz" Qazaxıstanın qərbində yeni sahədə geoloji kəşfiyyat üçün müqavilə imzalayıb
Region
- 23 dekabr, 2025
- 14:07
Qazaxıstanın milli qaz şirkəti "QazaqGaz" Qərbi Qazaxıstan vilayətində perspektivli "Saralcın" sahəsində geoloji kəşfiyyat işlərinin aparılması üçün müqavilə imzalayıb.
"Report"un "QazaqGaz"a istinadən məlumatına görə, sənədi şirkətin kəşfiyyat və hasilat üzrə idarə heyətinin sədrinin müavini Asıljan Dauletov və Qazaxıstanın energetika nazirinin müavini Yerlan Akbarov imzalayıb.
"Saralcın" sahəsi yeni karbohidrogen yataqlarının kəşfi üçün yüksək potensiala malikdir.
"Müqavilə tam geoloji kəşfiyyat tədbirlər kompleksinin həyata keçirilməsini nəzərdə tutur. Buraya seysmik kəşfiyyat, axtarış-kəşfiyyat quyularının qazılması, əldə edilmiş məlumatların təhlili və s. daxildir", - şirkətdən bildirilib.
Son xəbərlər
03:17
Ali Məhkəmə Trampın hərbçiləri Çikaqoya yerləşdirmək istəyinə qarşı çıxıb
Digər ölkələr02:44
BMT ABŞ və Venesuelaya vasitəçilik təklif etməyə hazırdır
Digər ölkələr02:05
Al Hadath: Türkiyədə qəzaya uğrayan təyyarədə elektrik nasazlığı yaranıb
Region01:45
Foto
Sumqayıtda bir neçə gün öncə ölən kişinin meyiti aşkarlanıb
Hadisə01:41
Liviya təyyarə qəzasını araşdırmaq üçün Ankaraya mütəxəssislər göndərəcək
Digər ölkələr01:24
Liviyada Baş Qərargah rəisinin ölümü ilə bağlı üç günlük matəm elan edilib
Digər ölkələr01:00
Türkiyə prokurorluğu Liviya təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb
Region00:40
WSJ: ABŞ Karib dənizi bölgəsinə əlavə qüvvələr cəlb edib
Digər ölkələr00:17