Serbiyalı qapıçı: "Azərbaycanla oyunda böyük çətinliyimiz olmayacaq"
Futbol
- 04 oktyabr, 2021
- 15:26

"Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq. Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır".
"Report"un məlumatına görə, bunu Serbiya millisinin qapıçısı Predraq Raykoviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.
26 yaşlı qolkiper bildirib ki, qrupda ilk pillənin taleyini Portuqaliya ilə görüş həll edəcək: "Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik. Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam".
Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.
Son xəbərlər
11:18
Foto
Bakıda yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşüb, iki nəfər ölüb, üç nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB-2
Hadisə11:15
Foto
Şamaxının Mərzəndiyyə kəndində içməli su layihəsi həyata keçirilib
İnfrastruktur11:11
"Sumqayıt" basketbol klubu yeni oyunçu ilə anlaşıb
Komanda11:08
Mərakeş millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk Afrika komandası olub
Futbol11:03
Bakı və bölgələrdə xüsusi əməliyyatlar keçirib, 20-dən artıq şəxs saxlanılıb
Hadisə11:00
İsrail Qəzzada yeni humanitar zonanın yaradıldığını elan edib
Digər10:52
Stenli Kubokunun altıqat qalibi 78 yaşında vəfat edib
Komanda10:51
Filemon Yanq: COP29 iqlim maliyyəsi üzrə öhdəliklərin gücləndirilməsi istiqamətində mühüm nəticələrə nail oldu
Digər10:34
Foto