"Səbail"in legioneri millinin düşərgəsinə yollanmaqdan imtina etdi
Futbol
- 31 oktyabr, 2020
- 05:39
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunun qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.
"Report" "lared.com.gt" saytına istinadən xəbər verir ki, 24 yaşlı qapıçı yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.
Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir. Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.
Bu səbəbdən o, millinin heyətindən çıxarılıb. Əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.
Son xəbərlər
09:14
Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb
İnfrastruktur09:10
Foto
Ceyhun Bayramov və Hakan Fidan regional təşəbbüslərinin reallaşma perspektivlərini nəzərdən keçiriblər - YENİLƏNİB
Xarici siyasət09:08
Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq
Futbol09:06
Argentina ABŞ-dən "Stryker" zirehli transportyorlarından dördünü təhvil alıb
Digər ölkələr09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (04.12.2025)
Maliyyə09:03
"Bir Kredit" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə08:58
Mərdəkan qəsəbəsinin bir hissəsində işıq olmayacaq
Energetika08:52
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (04.12.2025)
Maliyyə08:50