"Sabah"ın futbolçusunun üz sümüyündə sınıq aşkarlanıb
Futbol
- 07 mart, 2022
- 09:20

"Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçında zədələnən "Sabah"ın futbolçusu Elvin Camalovun son durumu açıqlanıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 27 yarımmüdafiəçinin üz sümüyündə xətti sınıq aşkarlanıb.
Camalov iki həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, "Keşlə" - "Sabah" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 57-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. Oyunçu ilkin tibbi yardımdan sonra həkimlərin müşayiəti altında meydanı tərk edib. Onu Kamran Quliyev əvəzləyib.
Son xəbərlər
13:28
AFFA hakimi 12 ay müddətinə futbolla əlaqədar bütün fəaliyyətdən məhrum edib
Futbol13:24
11 ölkədən 100-dən çox tələbə Azərbaycana köçürülmək üçün müraciət edib - RƏSMİ
Elm və təhsil13:23
"Neftçi"nin futbolçusu üç oyunluq cəza alıb
Futbol13:11
Yaxın günlərdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə aydınlıq gətirilə bilər
Digər ölkələr13:08
Foto
"Ekonomiks" Ermənistanın xarici ticarət əməliyyatlarının iqtisadi təhlili ilə əlaqədar nəticələri açıqlayıb
Biznes13:04
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin olunub
Region12:47
İslandiya - Azərbaycan oyununun hakimi ikinci dəfə millilərin seçmə mərhələ matçına təyinat alıb
Futbol12:46
Sabah yağış yağacaq - PROQNOZ
Ekologiya12:45
Foto