"Neftçi"nin futbolçusu üç oyunluq cəza alıb
Futbol
- 03 sentyabr, 2025
- 13:23
AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna müdafiəçinin Misli Premyer Liqasının III turunda, "Turan Tovuz"la oyunda qırmızı vərəqə alması səbəb olub.
Oyunçu matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib.
Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək.
Bundan əlavə, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub.
Qeyd edək ki, "Neftçi" "Turan Tovuz"a, "Sabah" isə "İmişli"yə 0:1 hesabı ilə uduzub.
Son xəbərlər
00:27
CNN: Tramp Lindsi Qremin irəli sürdüyü Rusiyaya qarşı sanksiyalar paketini dəstəkləyəcək
Digər ölkələr00:00
CENTCOM: ABŞ iyulun 15-də İran limanlarının blokadasını bərpa edəcək
Digər ölkələr23:47
"Tasnim": Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
Digər ölkələr23:33
Paris və Kiyev Ukraynada idarə olunan bomba və raketlər istehsal edəcəklər
Digər ölkələr23:17
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Digər ölkələr23:01
Ukrayna parlamentinə Baş nazir Yuliya Sviridenkonun istefa ərizəsi daxil olub
Digər ölkələr22:41
BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
Digər ölkələr22:22
Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib
Digər ölkələr22:08