Rusiyada futbolçular referiyə hücum edərək xəsarət yetiriblər
Futbol
- 10 sentyabr, 2021
- 05:48
Rusiyanın İrkutsk vilayətində həvəskar futbol komandaları arasında keçirilən açıq çempionatda insident baş verib.
"Report" xəbər verir ki, "Viktoriya" - "Paxtakor" matçında meydan sahiblərinin iki futbolçusu Bobomurod Allanazarov və Dilmurod Kaplanov görüşün baş hakimi Anton Rjenyevə fiziki təzyiq göstərib.
Matçın 85-ci dəqiqəsində əvvəlcə Allanazarov referiyə hücum çəkib. Ardınca isə Kaplanov davaya qarışıb, Rjenyevin baş və mədə nahiyyəsinə bir neçə zərbə endirib.
Hadisə ilə bağlı polisə müraciət edilib, araşdırma aparılır.
İrkutsk Futbol Federasiyası isə hər iki futbolçunu 3 il müddətinə diskvalifikasiya edib.
Son xəbərlər
04:15
Litva Belarusla sərhədini yenidən bağlayıb
Digər ölkələr03:54
Husilər Sənada BMT-nin yeddi əməkdaşını saxlayıblar
Digər ölkələr03:09
Dünya çempionatında uğurla çıxış edən gənc güləşçilərimiz yeni hədəflərini açıqlayıblar
Komanda02:46
Daimi nümayəndə: BMT ABŞ-nin dünya təşkilatına ayırdığı vəsaiti düzgün xərcləmir
Digər ölkələr02:07
Foto
Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar
Komanda01:36
CBS: FTB direktoru noyabrda Çinə səfər edəcək
Digər ölkələr01:03
CNN: Tramp Venesuelada narkotik kartellərinə zərbə endirməyi düşünür
Digər ölkələr00:38
Video
"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət00:01
Video