Ronaldu ayın futbolçusu seçilərək, Runinin rekordunu yeniləyib
Futbol
- 08 oktyabr, 2021
- 10:51

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "qırmızı şeytanlar"ın sabiq oyunçusu Ueyn Runinin rekordunu yeniləyib.
"Report"un məlumatına görə, 36 yaşlı hücumçu buna Premyer Liqada sentyabrın ən yaxşısı seçilməklə nail olub.
Portuqaliyalı forvard karyerasında 5-ci dəfə bu mükafata layiq görülüb və ingiltərəli sabiq hücumçuya çatıb. Bu, "Mançester Yunayted" tarixində ayın futbolçusu mükafatı təqdim edildikdən sonra ən yaxşı göstəricidir.
Qeyd edək ki, avqustun sonunda İtaliya "Yuventus"undan İngiltərə təmsilçisinə keçən Kriştianu Ronaldu 2003 - 2009-cu illərdə də bu klubun formasını geyinib.
Son xəbərlər
03:42
"Könüllülər Koalisiyası" Londonda 12 maddəlik planı müzakirə etməyi planlaşdırır
Digər ölkələr03:20
KİV: Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər
İKT02:54
İzmir sahillərində 18-i uşaq olmaqla 52 qeyri-qanuni miqrant saxlanılıb
Region02:18
ABŞ Qəzzada atəşkəsə monitorinq mərkəzi açıb
Digər ölkələr02:13
Foto
Dublində miqrantların olduğu hotelin qarşısındakı aksiyalar iğtişaşlara çevrilib
Digər ölkələr01:45
Tramp iki gün ərzində Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib
Digər ölkələr01:18
AK Rusiya qazının Serbiyaya nəqlini dayandırmaq niyyətində deyil
Digər ölkələr00:54
Çempionlar Liqası: "Barselona" və PSJ qələbə qazanıb, "Qarabağ"ın rəqibi isə uduzub
Futbol00:15