Qvineya millisi siqaret və pivəyə görə iki futbolçunu komandadan qovub
Futbol
- 22 yanvar, 2022
- 07:06
Afrika Millətlər Kubokunda çıxış edən Qvineya millisi İbrahima Konte və Seyduba Sumanı düşərgədən kənarlaşdırıb.
"Report" "Fosonline" nəşrinə istinadən xəbər verir ki, həmin şəxslər Zimbabveyə 1:2 hesabı ilə uduzduqları Afrika Millətlər Kubokunun B qrupunun sonuncu matçından sonra siqaret və pivə ilə ziyafət təşkil ediblər.
Qarşılaşmadan sonra bəzi oyunçular hoteldə ziyafətə qatılıblar. Nəticədə ajiotaj yaranıb və təşkilatçılıq edən iki futbolçu yığmadan qovulub.
Müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan və icarə əsasında "Neftçi"də çıxış edən Mamadu Kanenin insidentlə əlaqəsi olmadığı bildirilib.
Qeyd edək ki, Qvineya 1/8 final mərhələsində yanvarın 24-də Qambiya ilə üz-üzə gələcək.
Son xəbərlər
21:15
Ermənistanın İstintaq Komitəsi arxiyepiskop Arşak Xaçatryanın həbsi ilə bağlı vəsatət qaldırıb - YENİLƏNİB-2
Region21:14
Britaniya müdafiə naziri Bakıda bir sıra görüşlər keçirib
Xarici siyasət20:53
Putin: Rusiya NATO-nun verdiyi vədlərin yerinə yetirilməsini tələb edir
Digər ölkələr20:51
"Sumqayıt" Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
Futbol20:49
Video
Salyanda avtomobil 20 başdan çox xırdabuynuzlu heyvanı vuraraq tələf edib
Hadisə20:35
Foto
Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
Fərdi20:30
Foto
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb
Hadisə20:19
Azərbaycan və Kipr XİN başçıları regional vəziyyəti müzakirə edib
Xarici siyasət20:19