"Qəbələ" nigeriyalı hücumçunun transferini açıqlayıb
Futbol
- 07 yanvar, 2026
- 18:09
"Qəbələ"qış fasiləsində ikinci transferini reallaşdırıb.
Klubdan "Report"a verilən məlumata görə, "qırmızı-qaralar" nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb.
31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Karyerasına İrlandiyanın "Brey Uonderers" komandasında başlayan futbolçu daha sonra bu ölkədə "Boqemians" və "Uoterford" kimi klublarda çıxış edib.
Son klubu Özbəkistan Super Liqa təmsilçisi "Andijon" olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin "Andijon"un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" qış fasiləsində daha əvvəl müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.
Son xəbərlər
04:54
DÇ-2026: ABŞ - Belçika oyununda ilk hissə bitib - YENİLƏNİR-4
Futbol04:43
Baş məşqçi Roberto Martines Portuqaliya millisindən ayrılıb
Futbol04:38
Malatyadakı silahlı insidentlərdə yaralananlar var
Region04:04
NZZ: NATO müharibənin yeni reallığına gec uyğunlaşa bilər
Digər ölkələr03:39
Bəqai Hörmüz boğazı ilə bağlı mövqeyinə görə Almaniyanı tənqid edib
Region03:14
Əhməd Əl Şaraa Fransanın dəstəyinə ümid edir
Digər ölkələr02:49
Cozef Aun İsrail qoşunlarının Livandan çıxarılması ilə bağlı ABŞ-yə çağırış edib
Digər ölkələr02:21
İran Trampın təhdidlərindən qorxmadığını açıqlayıb
Region01:57