Malatyadakı silahlı insidentlərdə yaralananlar var
- 07 iyul, 2026
- 04:38
Türkiyənin Malatya vilayətində qısa fasilələrlə iki silahlı insident olub, 2 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İlk hadisə Battalqazi rayonunun Paşaköşkü məhəlləsi, Canlar küçəsində yerləşən bir parkda baş verib.
İddiaya görə, silahla vurulan bir şəxsin olması barədə məlumat əsasında əraziyə polis və tibb qrupları göndərilib. Hər iki ayağından yaralandığı müəyyən edilən şəxs hadisə yerindəki ilk müdaxilədən sonra Battalqazi Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb.
Bu hadisədən qısa müddət sonra şəhər mərkəzindəki Zapcıoğlu küçəsində ikinci silahlı hadisə yaşanıb.
Ayaq və baş nahiyəsindən silahla yaralanan bir şəxs yaxınlıqdakı bir iş yerinə sığınaraq kömək istəyib. Məlumat əsasında hadisə yerinə göndərilən tibb qrupları tərəfindən ilkin tibbi yardım göstərilən yaralı Malatya Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Polis hər iki hadisə arasında əlaqənin olub-olmadığının müəyyənləşdirilməsi və şübhəlilərin saxlanılması məqsədilə araşdırmalara başlayıb.