"Qarabağ" və "Neftçi" Azərbaycan derbilərində ən böyükhesablı qələbələrini noyabrda qazanıblar

Futbol
  • 07 noyabr, 2025
  • 12:50
Qarabağ və Neftçi Azərbaycan derbilərində ən böyükhesablı qələbələrini noyabrda qazanıblar

"Qarabağ" və "Neftçi" Azərbaycan derbilərində ən böyükhesablı qələbələrini noyabrda qazanıblar.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası statistika açıqlayıb.

2000-ci ildə noyabrın 4-də baş tutan görüşdə "Qarabağ" öz meydanında "Neftçi"yə 0:4 hesabı ilə məğlub olub. 2020-ci noyabrın 8-də "Neftçi"nin ev sahibi olduğu görüşdə isə Ağdam klubu 6:0 hesablı qələbəyə sevinib.

İlin 12 ayının hər birində derbi baş tutub. 11-ci ay olan noyabrda 11 derbi keçirilib. Ancaq derbilərdən heç biri heç vaxt noyabrın 9-na təsadüf etməyib.

"Neftçi" noyabr aylarında baş tutan görüşlərdə daha üstün olub – 6 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət, top fərqi 12-9.

"Qarabağ"ın meydanında noyabrda keçirilən oyunlarda qonaq komandalar daha üstün olub – 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, top fərqi 8-3.

"Neftçi" noyabrda evdə keçirdiyi derbilərdə daha üstün olub – 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi 4-6.

"Qarabağ" evdə və noyabrda yeganə qələbəsini 1997-ci ildə qazanıb – "Qarabağ" – "Neftçi" – 1:0 (22.11.1997).

Rəqiblər ilk dəfə 1997-ci (22.11.1997. "Qarabağ" – "Neftçi" – 1:0), sonuncu dəfə isə 2020-ci ildə (08.11.2020. "Neftçi" – "Qarabağ" – 0:6) noyabrda qarşılaşıb.

Ağdam klubunun qələbələri də məhz bu görüşlərdə qeydə alınıb.

Qeyd edək ki, Misli Premyer Liqasının XI turunun "Qarabağ" - "Neftçi" oyunu noyabrın 9-da baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti