Azərbaycan Kiyevdə keçirilən diplomatik yarmarkada təmsil olunub

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 21:45
Azərbaycan Kiyevdə keçirilən diplomatik yarmarkada təmsil olunub

Ukrayna xarici işlər nazirinin həyat yoldaşı, Ukrayna Diplomatlarının Həyat yoldaşları Assosiasiyasının rəhbəri Tatyana Sibiqanın təşəbbüsü və Ukrayna XİN-in dəstəyi ilə Kiyevdə illik "Charity Fair – 2025" Xeyriyyə Diplomatik Yarmarkası keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, yarmarkada Azərbaycanın Ukraynadakı səfirliyi də təmsil olunub.

Xeyriyyə yarmarkasındakı Azərbaycan stendində mətbəx nümunələri, milli suvenirlər və əl işləri təqdim edilib.

Kiyev sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə müxtəlif şirniyyatlar və çaylar paylanılıb. Tədbirdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və xanımı Tatyana Sibiqa xarici diplomatik missiyaların və Ukrayna istehsalçılarının stendlərini ziyarət ediblər.

Ukrayna XİN başçısı Azərbaycanın milli stendinə də baş çəkib.

Tədbir zamanı 29 ölkənin diplomatik nümayəndəlikləri öz milli mədəni irsini və adət-ənənələrini təqdim ediblər. Xeyriyyə festivalında azərbaycanlıların "Kavkaz" rəqs qrupunun ifası iştirakçıların alqışları ilə qarşılanıb

Son xəbərlər

Bütün Xəbər Lenti