"Qarabağ"ın sabiq futbolçusunun evi zəlzələ nəticəsində dağılıb
Futbol
- 17 avqust, 2021
- 12:52
"Qarabağ"ın sabiq futbolçusu Donald Gerye böyük faciə ilə üzləşib.
"Report" "polsatsport.pl" saytına istinadən xəbər verir ki, haitili futbolçunun ailəsinin yaşadığı ev ölkədəki güclü zəlzələ nəticəsində tamamilə dağılıb.
Hazırda Polşada olan 32 yaşlı yarımmüdafiəçi yerli azarkeşlərdən kömək istəyib. O, soydaşlarına yardım məqsədilə onlayn mətbuat konfransı təşkil edib. Futbolçunun hədəfi 20 000 ABŞ dolları toplamaqdır. Gerye bütün məbləği zəlzələdən zərərçəkənlərə verəcək. Lakin indiyədək 300 ABŞ dollarından az pul yığılıb.
Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış etdikdən sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində Ağdam klubuna qayıdıb. Son klubu Kipr "Apollon"u olan futbolçu hazırda azad agentdir.
Son xəbərlər
06:45
Sakit okeanda narkotik daşıyan qayıq məhv edilib
Digər ölkələr06:07
ABŞ Prezidenti Pentaqona dərhal nüvə silahı sınaqlarına başlamağı əmr edib
Digər ölkələr06:02
Trampın Si Cinpinlə görüşü başlayıb
Digər ölkələr05:51
Müdafiə naziri: Amerika qoşunları Estoniyanı tərk etməyəcək
Digər ölkələr05:19
"CBS News": ABŞ "HIMARS"la Çinə güc nümayiş etdirə bilər
Digər ölkələr04:39
Depressiya və demensiya arasında gözlənilməz əlaqə tapılıb
Sağlamlıq04:07
"CNN": Tayvan ABŞ ilə münasibətlərin soyumasından narahatdır
Digər ölkələr03:33
"Exit-poll": Niderlandda keçirilən seçkilərdə "Demokratlar 66" partiyası liderdir
Digər ölkələr03:02