"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərib
Futbol
- 10 dekabr, 2019
- 05:48
Kiprin APOEL futbol komandasının baş məşqçisi Tomas Doll istefaya göndərib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Dolla komandanı öncə Avropa Liqasının qrup mərhələsinə, daha sonra 1/16 finala çıxardığı üçün minnətdarlıq ifadə olunub.
Təcrübəli baş məşqçi APOEL-i köməkçiləri ilə birgə tərk edib. Komandaya rəhbərlik müvəqqəti olaraq, Lukas Hatziloukasa tapşırılıb.
Qeyd edək ki, APOEL öncə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində (1:2, 2:0), ardından Avropa Liqasının qrup mərhələsində (2:2, 2:1) qarşısını kəsib. Hazırda bu klub Kipr çempionatında 9 matçdan 18 xalla 4-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda 3 oyunu var.
Son xəbərlər
01:03
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərini vurub
Region00:32
ABŞ İrana qarşı yeni zərbələr endirməyə başlayıb
Region00:13
Yamal ümumi qrupla məşqlərə qayıdıb
Futbol23:50
İran ABŞ-yə xəbərdarlıq edib
Region23:48
Hava proqnozu dəyişib: Bakıda yağış yağacaq, şimşək çaxacaq
Ekologiya23:33
İsrail Qəzzada yas mərasmini bombalayıb, 8 nəfər həlak olub
Digər ölkələr23:26
Azərbaycanın U-20 basketbol millisi İsveçrəni məğlub edib
Komanda23:11
Yunanıstan Ukraynaya "Patriot" ZRK-ların verilməsi ilə bağlı müraciəti rədd edib
Digər ölkələr23:00