"Qarabağ"ın futbolçusunun qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı seçilib
Futbol
- 03 oktyabr, 2025
- 09:24

"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı adına layiq görülüb.
"Report"un məlumatına görə, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.
24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard "köhlən atlar"ın ikinci qoluna imza atıb.
Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Holann, "Monako"dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.
Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib.
Son xəbərlər
11:35
Şahin Mahmudzadə: "Yaşıl yuyulma" riskləri Mərkəzin Bankın nəzarət mexanizmləri ilə ölçüləcək" - MÜSAHİBƏ
Maliyyə11:34
Elnur Bağırov: "Azərbaycanda rəqabəti məhdudlaşdıran sazişlərlə mübarizə gücləndirilməlidir"
Biznes11:32
Dövlət Xidməti "Red Wolf" adlı haker-aktivist qruplaşması ilə bağlı xəbərdarlıq edib
İKT11:27
ABADA VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunda iştirak edib
İnfrastruktur11:26
Prezident İlham Əliyev: Almaniya bizim üçün vacib tərəfdaş ölkədir
Xarici siyasət11:25
Agentlik rəsmisi: "Neftçala Sənaye Məhəlləsi tam dolub"
Sənaye11:22
Azərbaycan Prezidenti Alman Birliyi Günü münasibəti ilə Frank-Valter Ştaynmayeri təbrik edib
Xarici siyasət11:22
Mikayıl Cabbarov: "Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"
Biznes11:19