Mikayıl Cabbarov: "Tənzimləyici qurumların eyni zamanda bazar iştirakçısı olması sistemli risk yarada bilər"

Biznes
  • 03 oktyabr, 2025
  • 11:22
Mikayıl Cabbarov: Tənzimləyici qurumların eyni zamanda bazar iştirakçısı olması sistemli risk yarada bilər
Mikayıl Cabbarov

Azərbaycanda sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirdiyi təqdirdə, bu, sistemli risk yaradan məqam ola bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir:

"Bu məsələni həm sahəvi qurumların, həm də hər birimizin - vətəndaşların və iqtisadi iştirakçıların - ekosistem kimi qəbul etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır".

M. Cabbarov əlavə edib ki, bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə bağlıdır:

"Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, əgər sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, bu, sistemli risklər yarada bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti