Qadın futbolçulardan ibarət Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq

Futbol
  • 31 oktyabr, 2025
  • 10:57
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Banqladeşdə turnirə qatılacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" turnirində Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Azərbaycan millisi noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq.

Oyunların başlama vaxtı və hakim təyinatları hələlik bəlli deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti