Premyer Liqa: "Qarabağ" "Kəpəz"lə, "Turan Tovuz" "Sumqayıt"la üz-üzə gələcək
- 04 oktyabr, 2025
- 09:01
Misli Premyer Liqasında VII turun daha iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında "Kəpəz" "Qarabağ"ın qonağı olacaq.
Qarşılaşma saat 17:00-da start götürəcək. Rəqiblərindən bir görüş az keçirən Ağdam klubu 10 xalla 5-ci pillədə qərarlaşıb. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır.
Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq. Meydan sahibləri 11 xalla 4-cü, qonaqlar 12 xalla 3-cüdür.
Misli Premyer Liqası
I dövrə, VII tur
4 oktyabr
17:00. "Qarabağ" – "Kəpəz"
Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Əli Əliyev.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
"Azərsun Arena"
19:30. "Sumqayıt" – "Turan Tovuz"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.