"Arsenal"ın müdafiəçisi 1 ay yaşıl meydanlardan kənar qala bilər

Futbol
  • 18 noyabr, 2025
  • 23:02
Arsenalın müdafiəçisi 1 ay yaşıl meydanlardan kənar qala bilər

İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Qabriel uzun müddətlik sıradan çıxa bilər.

"Report" "BBC"yə istinadən xəbər verir ki, Braziliya yığmasının heyətində yoldaşlıq oyununda zədələnən futbolçu xəstəxanaya aparılıb.

İlkin müayindəsən sonra onun 1 ay yaşıl meydanlardan kənar qalmaq ehtimalı olduğu bildirilib.

Futbolçunun zədəsi ilə bağlı dəqiq diaqnoz yaxın müddətdə qoyulacaq.

Qeyd edək ki, Qabriel 2025/2026 mövsümündə "Arsenal"ın heyətində 17 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti