Zelenski: İspaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri üçün 40 raket verəcək

Digər ölkələr
  • 18 noyabr, 2025
  • 22:41
Zelenski: İspaniya Ukraynaya IRIS-T hava hücumundan müdafiə sistemləri üçün 40 raket verəcək

İspaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya hazırda qıtlıq təşkil edən IRIS-T batareyaları üçün raketlər verəcək.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə birgə mətbuat konfransında bəyan edib.

Zelenski deyib: "Bunlar hava hücumundan müdafiə üçün raketlərdir. Bu, bizim üçün, xüsusilə qış dövründə böyük çatışmazlıqdır. Belə olan halda konkret paket - IRIS-T HHM sistemləri üçün 40 raketdir".

Mətbuat konfransından əvvəl tərəflər müdafiə sahasində əməkdaşlığı, Ukraynanın enerji sahəsindəki çağırışlarını və diplomatiyadakı vəziyyəti müzakirə ediblər.

Zelenski bildirib ki, Ukrayna həqiqətən də İspaniyanın kömək etməyə hazır olmasını yüksək qiymətləndirir.

Onun sözlərinə görə, Ukrayna və İspaniya yüksək dəqiqlikli silahların birgə istehsalına hazırdır.

Son xəbərlər

Bütün Xəbər Lenti