Premyer Liqa: Lider "Sabah" turun son oyununda qələbə qazanıb

Futbol
  • 07 aprel, 2026
  • 21:27
Premyer Liqa: Lider Sabah turun son oyununda qələbə qazanıb

Misli Premyer Liqasında XXVI turun son oyununda "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib.

"Report" xəbər verir ki, çempionatın lideri "Liv Bona Dea Arena"da baş tutan matçda 4:2 hesablı qələbəyə sevinib.

"Bayquşlar"ın qalibiyyət qollarını Velko Simiç (13), Coy-Lens Mikels (37-p. 62-p.) və Kahim Parris (81) vurublar. Meydan sahiblərinin heyətində isə Felipe Santos (7) və Hamidu Keyta (25) fərqləniblər.

"Sabah" 65 xalla birinci pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 39 xalla altıncıdır.

Bakı kollektivinin heyətində dubl edən Coy-Lens Mikels 17 qolla bombardirlərin yarışına başçılıq edir. Onu hesabında 11 qol olan komanda yoldaşı Velko Simiç izləyir.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib. "İmişli" - "Turan Tovuz" və "Zirə" - "Şamaxı" görüşlərində isə eyni hesablı (1:1) bərabərliklər qeydə alınıb.