"Beşiktaş"ın yeni baş məşqçisi portuqaliyalı olacaq
Futbol
- 15 dekabr, 2021
- 13:11

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı Brunu Pineyruya tapşırılacaq.
45 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq. O, ildə 900 000 avro qazanacaq. "Beşiktaş" artıq sözləşmə üçün Pineyrunu İstanbula dəvət edib.
Qeyd edək ki, Brunu Pineyru son olaraq Portuqaliyanın "Eştoril" komandasında işləyib.
Son xəbərlər
10:19
"Mançester Siti"nin sabiq hücumçusu Şotlandiya klubuna transfer olunub
Futbol10:16
Sumqayıtda 3 min 800 abonentin qazı kəsiləcək
Energetika10:14
ABŞ səfirliyinə qarşı yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Hadisə10:12
Kim Çen In: Şimali Koreya və Rusiya arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir
Digər ölkələr10:09
Politoloq: Ermənistanla diplomatik əlaqələrin qurulması Pakistanın regiona marağını vurğulayır
Xarici siyasət10:06
Azərbaycanda I yarımildə dövlət sifarişi ilə 58 milyon manatlıq ərzaq alınıb
ASK09:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəlirləri artıb, xərcləri azalıb
Maliyyə09:55
"Milan"ın futbolçusu Türkiyə klubuna keçə bilər
Futbol09:53