Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəlirləri artıb, xərcləri azalıb

Maliyyə
  • 03 sentyabr, 2025
  • 09:56
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gəlirləri artıb, xərcləri azalıb

2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) gəlirləri 127,669 milyon manat, xərcləri isə 95,918 milyon manat olub.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,4 % çox və 9 % azdır.

Ötən il ETSN-nin qeyri-birja əməliyyatlarından gəlirləri 106,211 milyon manat (əvvəlki ilə nisbətən 2,6 % çox), birja əməliyyatlarından gəlirləri 12,618 milyon manat (8,3 % az), sair əməliyyatlardan gəlirləri isə 8,84 milyon manat (3,3 dəfə çox) təşkil edib.

2024-cü ildə ETSN-nin əməkhaqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 2023-cü illə müqayisədə 6,1 % artaraq 75,711 milyon manat, maliyyə yardımları və sair transfer ödənişləri 265 min manat (əvvəlki il olmayıb), sərf etdiyi materialların dəyəri 2,8 % artaraq 6,682 milyon manat, amortizasiya xərcləri 10,4 % artaraq 7,515 milyon manat, sair əməliyyat xərcləri isə 3,6 dəfə azalaraq 5,745 milyon manat olub.