Portuqaliyalı futbolçu Çempionlar Liqasının tarixinə düşüb
Futbol
- 10 mart, 2022
- 05:16
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Rodriqu Ribeyru UEFA Çempionlar Liqasının tarixinə düşüb.
"Report"un məlumatına görə, portuqaliyalı hücumçu buna İngiltərədə "Mançester Siti"yə qarşı 1/8 final mərhələsinin cavab oyununun 89-cu dəqiqəsində meydana 16 yaş 315-ci günündə ikən çıxmaqla nail olub.
Beləliklə, Ribeyru turnirin pley-off mərhələsində debüt edən ən gənc oyunçu adına sahib çıxıb.
Daha əvvəl Almaniyanın "Borusiyya" (Dortmund) klubunun hücumçusu Yussufa Mukoko 2020-ci ildə 16 yaş 18-ci günündə qrup mərhələsində meydana çıxıb.
Qeyd edək ki, "Mançester Siti" - "Sportinq" görüşü qolsuz bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada rəqibinə 0:5 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb.
Son xəbərlər
23:16
Boçorişvili ilə ATƏT-in Baş katibi regional təhlükəsizliyi müzakirə edib
Region23:03
Tayani: İtaliya PURL proqramında iştirak etməyəcək
Digər ölkələr22:46
Hakan Fidan Brüsseldə Rüstəm Umerovla görüşüb
Region22:44
Video
Bakıda restoranda yanğın olub
Hadisə22:35
Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb
Hadisə22:33
FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb
Futbol22:33
Sikorski: Alyans Rusiya-NATO Şurasını ləğv edəcək
Digər ölkələr22:20
Şri-Lankada "Ditva" siklonu nəticəsində ölənlərin sayı 479-a çatıb
Digər ölkələr22:06