"Omoniya"nın futbolçusu "Qarabağ"la Bakıdakı oyunu da buraxacaq
Futbol
- 03 noyabr, 2021
- 09:48

Kiprin "Omoniya" klubunun futbolçusu Yannis Kusulos "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununu buraxacaq.
"Report" Nikosiya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, zədədən əziyyət çəkən 25 yaşlı müdafiəçi bu gün Qətərdə əməliyyat olunacaq.
Onun növbəti ay yaşıl meydanlara qayıdacağı gözlənilir.
Qeyd edək ki, Yannis Kusulos "Qarabağ"a 1:4 hesabı ilə uduzduqları II tur qarşılaşmasını da eyni səbəbdən buraxmalı olub. Noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
IV turda isə Azərbaycan təmsilçisi Qazaxıstanda "Kayrat"ın qonağı olacaq, "Omoniya" İsveçrə "Bazel"ini qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 4-də gerçəkləşəcək.
Son xəbərlər
13:18
Foto
Növbəti köç Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
Daxili siyasət13:14
Azərbaycan güləşçisi: "Ermənistanlı idmançıya qalib gələrək bürünc medal qazanmağım sevindirici haldır"
Fərdi13:10
Bart de Vever: Ukrayna üçün "təzminat krediti" ideyasının dəstəklənməsi üçün şərtlərimiz var
Digər ölkələr13:06
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
Digər13:04
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiqlənib
Sağlamlıq13:03
Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verib
İKT13:02
Mingəçevirdə kanalda batan şəxsin meyiti tapılıb -YENİLƏNİB
Hadisə13:01
İslamiadada Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
Fərdi12:58