Omar Momani Azərbaycan - Lüksemburq oyununun karikaturasını çəkib
Futbol
- 03 sentyabr, 2020
- 18:33

Məşhur karikaturaçı Omar Momani Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lüksemburq seçməsi ilə keçirəcəyi oyunla bağlı rəsm çəkib.
"Report" xəbər verir ki, rəssam Xəzər dənizinin sahilində yerləşən Qız qalasını, onun üzərində isə Azərbaycan bayrağını təsvir edib.
Fotoda millinin baş məşqçisi Canni De Byazi şah, futbolçular isə döyüşçülər kimi təqdim olunublar.
Momaninin fantaziyasına görə, Lüksemburq yığması qalanı almağa gələn düşmənlərdir. Azərbaycan millisinin üzvləri qalanı müdafiə etməyə çalışırlar.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər
06:20
Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək
Elm və təhsil06:08
ABŞ-də helikopter qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr05:42
CNN: Tramp və Si Cinpin Cənubi Koreyada görüşə bilər
Digər ölkələr05:21
Almaniya hərbi təlim üçün Litvaya 1 000-dən çox texnika göndərib
Digər ölkələr04:38
KİV: Yaponiyanın sahil mühafizəsi rabitə üçün "Starlink" tətbiq edəcək
Digər ölkələr04:11
ABŞ-də zavodda yanğın baş verib
Digər ölkələr03:42
KİV: Britaniya qanunsuz miqrantları keçmiş hərbi bazalarda yerləşdirmək istəyir
Digər ölkələr03:26
Tramp: Karib hövzəsində hərbi əməliyyatları davam etdirməyə hazırıq
Digər ölkələr02:51