Badri Kvaratsxeliya: "Gürcülər oğlumun Rusiyada qalmayacağına inansınlar"
Futbol
- 19 may, 2021
- 10:19
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya yayda Rusiyanın "Rubin" klubundan ayrılacaq.
"Report"un məlumatına görə, bu barədə onun atası, Azərbaycan millisinin keçmiş oyunçusu Badri Kvaratsxeliya "Sportall" nəşrinə açıqlamasında bildirib.
O, oğlunun hansı komandaya keçəcəyini deməyib: "Sizi 100 faiz əmin edirəm ki, Xviça yayda "Rubin"dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəyəm. Bir çox klubla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harada oynayacağına qərar verəcək. Gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm".
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2020/2021 mövsümündə "Rubin"in heyətində Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.
Son xəbərlər
16:20
Hidrometeorologiya Xidməti Bakıda leysanla bağlı xəbərdarlıq edib
Ekologiya16:18
Ksavye Bettel: Bakı və İrəvan arasında sülhün bərqərar olması üçün işin davam etdirilməsi zəruridir
Region16:18
Ukrayna və Azərbaycan diplomatları münasibətlərin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər
Xarici siyasət16:17
Özbəkistan XİN: Bakı və İrəvanın sülhə doğru atdıqları addımlar alqışlanmalı və dəstəklənməlidir
Digər ölkələr16:14
Foto
Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb
Biznes16:08
Abbas Əraqçi Azərbaycana səfər edəcək
Xarici siyasət16:07
Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
Fərdi16:04
Foto
Azərbaycanın basketbol milliləri Belarusda beynəlxalq turnirdə iştirak edəcəklər
Komanda15:54