Millimizin sabiq futbolçusu Türkiyə klubundan təklif alıb
Futbol
- 10 fevral, 2021
- 09:18
"Keşlə"nin yeni transferi Elvin Yunuszadə qış transfer pəncərəsində Türkiyənin "Menemenspor" klubundan təklif alıb.
Bu barədə "Report"a 29 yaşlı müdafiəçinin özü məlumat verib.
Azərbaycan millisinin sabiq üzvü bildirib ki, Şimali Makedoniya "Şkupi"sinin keçmiş baş məşqçisi Ümit Karan I liqa təmsilçisinin sükanı arxasına keçdikdən sonra onu öz komandasına dəvət edib: "Danışıqlar oldu. Amma bəzi nüanslara görə söhbətimiz alınmadı".
Qeyd edək ki, Elvin Yunuszadə "Keşlə" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib.
Son xəbərlər
14:36
Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib
Digər14:32
Naxçıvanda meyvə bağlarının şaxta və digər risklərdən sığortalanmasına start verilib
Energetika14:32
Foto
Video
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili siyasət14:31
Cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub
Fərdi14:28
BDU-nun 1 saylı tədris korpusu əsaslı təmir olunacaq
Elm və təhsil14:23
Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının 16-cı iclasında iştirak edir
Xarici siyasət14:21
Peskov: Putin və Uitkoff sabah günün ikinci yarısında görüşəcək
Digər ölkələr14:19
Kriptovalyutalar reallığa çevrilir: hüquqi baza və rəqəmsal manat zərurəti - TƏHLİL
İKT14:14