Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili siyasət
  • 01 dekabr, 2025
  • 14:32
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.

DİN-dən "Report"a verilən məlumata görə, Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 384 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə DİN-in aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

V.Eyvazov həmçinin səfər çərçivəsində DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.

Eyni zamanda nazir polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 42 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 362 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib

Son xəbərlər

Bütün Xəbər Lenti