Messi qovuldu, "Atletik" İspaniya Super Kubokunu qazandı
Futbol
- 17 yanvar, 2021
- 22:33
"Atletik" klubu tarixində 3-cü dəfə İspaniya Super Kubokunu əldə edib.
"Report"un məlumatına görə, Bilbao komandası finalda "Barselona"nı məğlubiyyətə uğradıb - 3:2. Sevilyadakı "Estadio de-la Kartuxa"da keçirilmiş matçda Kataloniya komandası 2 dəfə - 40-cı və 77-ci dəqiqələrdə Antuan Qrizmannın qolları ilə önə keçib. Lakin 42-ci dəqiqədə Oskar De Markos, 90-cı dəqiqədə isə Asyer Vilyalibre fərqlənib.
Əlavə vaxtda basklar daha bir qol vurub. 94-cü dəqiqədə İnyaki Uilyams qələbə topuna imza atıb. 120+1-ci dəqiqədə isə "Barselona"nın kapitanı Lionel Messi qırmızı vərəqə alıb.
Beləliklə, "Atletik" 1984 və 2015-ci ildən sonra yenidən İspaniya Super Kubokunu qazanıb.
Son xəbərlər
02:11
Tramp ABŞ-nin Venesuelanın oğurladığı neft hüquqlarını geri qaytarmaq niyyətini açıqlayıb
Digər ölkələr01:58
ABŞ-nin hərbi təyyarələri Venesuela sahillərində səmaya qaldırılıb
Digər ölkələr01:33
"Guardian": Britaniyanın Malboro hersoqu fiziki zorakılıqda ittiham olunur
Digər ölkələr01:04
KİV: Rusiya və ABŞ həftəsonu Mayamidə Ukrayna ilə bağlı danışıqlar aparacaqlar
Digər ölkələr00:45
Qərbi Azərbaycan Xronikası: 1828-ci ildən sonra Qərbi Azərbaycanda hansı proseslər başladı?
Daxili siyasət00:21
İsrailin Baş naziri Misirlə 35 milyard dollarlıq müqaviləni təsdiqləyib
Digər ölkələr00:00
ABŞ Konqresi milyarder Ayzekmanın NASA rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
Digər ölkələr23:57
BMT-nin baş katibi Venesuela Prezidenti ilə telefonla danışıb
Digər ölkələr23:52