"Mançester Yunayted"in sabiq futbolçusu aliment ödəmədiyi üçün həbs oluna bilər
Futbol
- 23 sentyabr, 2025
- 21:34
İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Anderson aliment ödəmədiyi üçün 30 gün həbs cəzası ala bilər.
"Report" "The Daily Star" nəşrinə istinadən xəbər verir ki, qərar Braziliyanın Porto Aleqri Mülki Məhkəməsi tərəfindən qəbul edilib.
Keçmiş yarımmüdafiəçinin borcunun 188 min dollara çatdığı bildirilir.
Qeyd edək ki, Anderson "Mançester Yunaytedin heyətində İngiltərə Premyer Liqasının, Çempionlar Liqası və Klublararası Dünya Kubokunun qalibi olub. O həmçinin Portuqaliyanın "Porto", İtaliyanın "Fiorentina", Braziliyanın "Qremio", "İnternasional", "Koritiba" və Türkiyənin "Adana Dəmirspor" klublarında çıxış edib.
Son xəbərlər
18:16
Məhkəmə Qalstanyanın həbs müddətini 3 ay uzadıb
Region18:13
Foto
Azərbaycanla Pakistanın ombudsman aparatları arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət18:11
"Telegram"ın təsisçisinin Fransadan çıxışına qoyulan məhdudiyyətlər götürülüb
Digər ölkələr18:10
İranla Qətər əməkdaşlığın inkişafını və Qəzzadakı vəziyyəti müzakirə edib
Digər ölkələr17:51
Mərkəzi Asiya-Azərbaycan investisiya forumunun keçirilməsi təklif olunur
Biznes17:49
Paşinyan: Xarici borcumuz silah alışı hesabına artıb
Region17:45
Avropa Komissiyası veb-saytlara münasibətdə "Google"un mümkün ayrı-seçkiliyini araşdırır
Digər ölkələr17:39
Foto
Maliyyə Nazirliyi yanında İctimai Şuraya 7 nəfər üzv seçilib
Maliyyə17:36