"Makkabi" "Neftçi" ilə oyundan əvvəl zədəli futbolçuların durumunu açıqlayıb
Futbol
- 16 avqust, 2021
- 05:33
İsrailin "Makkabi" (Hayfa) klubu "Neftçi"yə qarşı keçirəcəyi Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl zədəli futbolçuların durumunu açıqlayıb.
"Report" Hayfa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitan Neta Lavi və Boqdan Planiç zədəsini tam sağaldıb və komanda ilə məşqlərə qoşulub.
Müdafiəçi Ofri Aradın həftə ərzində kollektivlə birlikdə hazırlıq prosesinə qatılacağı ehtimal olunur. Hücumçu Qodsvey Donyoh isə fərqdi məşqlərə start verib. Qanalı forvardın həftənin əvvəlində tam sıraya dönəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Neftçi" - "Makkabi" matçı saat 21:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu bir həftə sonra olacaq.
Son xəbərlər
01:58
Gürcüstan XİN: Aİ ölkəmizlə münasibətlərdə özünü dalana salıb
Region01:42
DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsi: Fransa və İngiltərə milliləri qalib gəlib
Futbol01:23
ABŞ Avropada "Antifa" ilə bağlı birlikləri terrorçular siyahısına daxil edib
Digər ölkələr00:52
Gürcüstan XİN: Brüssel vizanı dayandırsa, məsuliyyət onların üzərinə düşəcək
Region00:32
"Barselona" "Kamp Nou"da Messinin abidəsinin qoyulmasını planlaşdırır
Futbol00:04
Tramp 2026-cı ildə Davos forumunda iştirak etməyi planlaşdırır
Digər ölkələr23:41
HƏMAS daha bir girovun meyitini İsrailə təhvil verib
Digər ölkələr23:30
Ayxan Abbasov: "İslandiya ilə oyunda sadə qollar buraxdıq"
Futbol23:25