"Liverpul" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatmağa hazırlaşır

Futbol
  • 04 noyabr, 2025
  • 16:04
Liverpul yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatmağa hazırlaşır

İngiltərənin "Liverpul" klubu futbolçusu Dominik Soboslainin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2030 və ya 2031-ci ilin yayınadək yeniləmək istəyir.

Danışıqlar hazırlıq mərhələsindədir və ölkə çempionu təkmilləşdirilmiş əməkdaşlıq şərtləri təklif etməyə hazırdır. Macarıstanlı oyunçunun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Dominik Soboslai 2023-cü ildən "Liverpul"un formasını geyinir. O, cari mövsümdə 14 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti