"Liverpul"un müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

Futbol
  • 31 oktyabr, 2025
  • 10:00
Liverpulun müdafiəçisi uzun müddət yaşıl meydanlardan uzaq qalacaq

"Liverpul"un müdafiəçisi Ceremi Frimponq uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

"Report" "talkSPORT"a istinadən xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu UEFA Çempionlar Liqasında "Ayntraxt"la (5:1) görüşdə arxa bud əzələsindən zədə alıb.

C.Frimponqun təxminən 6 həftə oynamayacağı bildirilib.

Qeyd edək ki, bu müddət ərzində futbolçu İngiltərə Premyer Liqasında "Aston Villa", "Mançester Siti", "Nottinqem Forest" və "Vest Hem"lə, həmçinin UEFA Çempionlar Liqasının əsas mərhələsində "Real" (İspaniya) və PSV (Niderland) ilə matçları buraxacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti