Fərid Əhmədov Gəncədə vətəndaşları qəbul edib
- 31 oktyabr, 2025
- 15:58
 
                            
                            
                        Ədliyyə naziri Fərid Əhmədov Gəncə şəhərində vətəndaşları qəbul edib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, qəbulda Gəncə şəhər və Samux, Göygöl, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər rayonlarından ümumilikdə 118 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
 
             
            