ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşub

Digər ölkələr
  • 22 noyabr, 2025
  • 21:20
ABŞ-də təyyarə 11 km hündürlükdə aerostat ilə toqquşub

Oktyabrın 16-da United Airlines-a məxsus Boeing 737 Max sərnişin təyyarəsi 11 kilometr hündürlükdə meteoroloji məlumatlar üçün istifadə edilən hava şarı ilə toqquşduqdan sonra Yuta ştatının Solt-Leyk-Siti şəhərində təcili eniş edib.

"Report"un məlumatına görə, bu barədə "New York Post" (NYP) ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən məlumat yayıb.

Belə ki, Vaşinqton ştatının Spokan şəhərindən hava şarını buraxan WindBorne Systems şirkəti vaxtaşırı ona nəzarəti itirdiyini etiraf edib ki, bu da insidentə səbəb ola bilər.

Nəşr bildirib ki, zond təyyarənin ön şüşəsini sındırıb, pilotların otağı şüşə qırıntıları ilə dolub. Bundan sonra ekipaj təcili eniş etmək məcburiyyətində qalıb. Sərnişinlərdən xəsarət alan olmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti