"Liverpul" İngiltərə Premyer Liqasında "Bernli"yə uduzdu

Futbol
  • 21 yanvar, 2021
  • 22:03
Liverpul İngiltərə Premyer Liqasında Bernliyə uduzdu

"Liverpul" İngiltərə Premyer Liqasının 18-ci turunun matçında "Bernli" ilə qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Bernli komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadakı yeganə qol penalti ilə rəsmiləşdirilib - Eşli Barns 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

Bu matçdan sonra aktivində 34 xal olan "Liverpul" İngiltərə çempionatının yarış cədvəlində dördüncü yerdə qalıb. "Bernli" 19 xal yığaraq 16-cı yerdə mövqe tutub.