Daşkəsənin Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib

Hadisə
  • 05 sentyabr, 2025
  • 18:26
Daşkəsənin Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib

Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib. 

Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib. 

Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.